azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanların Qlobal Alyansının rəhbəri Xanım Amina Buayaş

18-06-2025

Hörmətli Ombudsman Səbinə xanım,
hörmətli həmkarlar, xanımlar və cənablar,
Azərbaycan Ombudsmanına bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Bu gün Sizinlə bu tədbirdə şəxsən iştirak edə bilməyəcəyimə görə təssüflənirəm. Lakin böyük məmnuniyyətlə bu video mesajımı Sizlərə çatdırmaqdan məmnunam. Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas faktordur. Bu məhz insan hüquqlarının prinsip olmaqdan çıxaraq reallığa çevrilməsidir. Qanunun aliliyi olmadan insan hüquqlarına effektiv əllşatanlıq mümkün deyil. Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir. Bu səbəbdən milli insan hüquqları və ombudsman institutları olaraq qanunun aliliyi bizim fəaliyyətimizin (işimizin) əsasını təşkil edir. Qanunun aliliyi qanun qarşısında şərəf və ləyaqəti, bərabərliyi və ayrı-seçkilikdən müdafiəni təmin edir.
Milli insan hüquqları və ombudsman institutları olaraq biz nə edə bilərik?! Məhz biz müstəqil təsisat qismində dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayaraq, qanunvericilik aktlarının və siyasətlərin monitorinqini apararaq, hüquqi islahatların aparılmasını təşviq edərək, və beynəlxalq standartlara uyğunlaşmanı təmin edərək, habelə vətəndaş cəmiyyətini təşviq edərək, şikayətləri araşdıraraq, həssas qruplarına dəstək göstərərək qanunun aliliyi prinsipini gücləndirmiş oluruq. Bu bizdən başlayır. Daha güclü, daha müstəqil və bütün çətinliklərə, resursların çatışmazlığına, harada olmagımıza baxmayaraq bizim institutlar birlikdə deyirik qanunun aliliyi – bir qoruyucudur. Ümid edirəm ki, bu cür debatlar bizim ümumi fəaliyyətimizə töhfə verəcəkdir. Təşəkkür edir və işinizdə uğurlar arzu edirəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30