azturkxeber.az
http://azturkxeber.az

Minskdə Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

18-06-2025

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri davam edir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidə önünə əklil qoyub.

Belarus Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov ilə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub.

Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində (MKM) olan Azərbaycan müdafiə nazirinə MKM-in əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30