azturkxeber.az
http://azturkxeber.az

Qaxın turizm potensialının inkişafı üzrə yeni fəaliyyət planı müzakirə edilib

17-06-2025

Qax rayonunun turizm imkanlarının inkişaf etdirilməsi və dayanıqlı turizm modelinin formalaşdırılması məqsədilə Qax Turizm İnkişaf Planı üzrə işçi qrup əməkdaşlıq və koordinasiya məsələlərini müzakirə etmək üçün görüş keçirib.

Tədbirdə Dövlət Turizm Agentliyi, Qax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, assosiasiya rəhbərləri, regionda fəaliyyət göstərən turizm sənayesi və rayon bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı infrastrukturun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, marketinq və rəqəmsallaşmanın gücləndirilməsi, xidmət səviyyəsinin artırılması və insan resurslarının inkişafı olmaqla, 5 əsas istiqaməti əhatə edən yeni fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, fəaliyyət planı çərçivəsində Qax rayonunun beynəlxalq turizm mərkəzinə çevrilməsi, yerli icmaların sosial və iqtisadi rifahının yaxşılaşdırılması hədəflər sırasındadır. Hədəflərə çatmaq məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılaraq ilkin razılaşmalar əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30