Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.