azturkxeber.az
http://azturkxeber.az

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

17-06-2025

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır.

Komitədən bildirilib ki, layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərləri, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir. Kitabxanaların yaradılması məscidlərin sosial və mədəni funksiyalarını zənginləşdirməklə, onların yalnız dini ibadət yeri kimi deyil, eyni zamanda, elm və maarifləndirmə məkanı kimi fəaliyyətini təbliğ edəcək.

Layihə 250 şəhər, qəsəbə və kənd məscidini əhatə edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Məscidlərə veriləcək kitablar elmin müxtəlif istiqamətləri, o cümlədən fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərləri və dini təyinatlı nəşrlərdən ibarət olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30