azturkxeber.az
http://azturkxeber.az

İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq

17-06-2025

"Muğam Saatı" 1950-60-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramından ilhamlanan instalyasiya və ifaçılıq layihəsidir. Həmin dövrdə əhali arasında son dərəcə məşhur olan ənənəvi musiqi yazılarının müntəzəm yayımlarını özündə əks etdirir.
Layihənin məqsədi o dövrün hər yerdə eşidilən, sirli şəkildə daim mövcud olan musiqi səsini yenidən canlandırmaqdır.
Belə ki, evinizdə radio olmasa belə, ya dükanın açıq pəncərəsindən, ya da Abşeronun ucqar bir bağ evindən o verilişin səsləri qulağınıza çata bilər. Bu hissi bərpa etmək üçün, İçərişəhərin müxtəlif guşələrində, saat 14:00-dan 15:00-dək həmin radio proqramının yazıları müxtəlif cihazlardan səsləndiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30