azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

17-06-2025

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O, həmçinin Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30