azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

16-06-2025

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən ümumilikdə 39 nəfərin saxlanıldığını açıqlayıb.

Əməliyyat Türkiyənin 18 vilayətini, o cümlədən Adana, Hatay, Kahramanmaraş, Kayseri, İstanbul və Bursanı əhatə edib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər İŞİD-ə bağlı strukturlara vəsait köçürüb, həmçinin sosial şəbəkələrdə terror ideologiyasının təbliği ilə məşğul olublar.

Axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və elektron məlumatlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri iki həftə davam edən əməliyyatın əlaqələndirilməsinə görə vilayətlərin valiliklərinə, həmçinin prokurorluğa təşəkkür edib.

A.Yerlikaya əmin edib ki, cinayətkarlıqla mübarizə mütəmadi olaraq davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30