azturkxeber.az
http://azturkxeber.az

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

16-06-2025

Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub.

Gecə Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin daha bir qrupu İrandan təxliyə olunaraq Astara sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə keçib.

İncəsənət nümayəndələri gün ərzində kiçik qruplar şəklində sərhədi keçərək ölkəyə daxil olublar. Onların hər biri müvafiq qaydada qeydiyyatdan keçirilərək təyinat yerlərinə yola salınıblar.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30