azturkxeber.az
http://azturkxeber.az

İlham Əliyevə özü razı olmasa da belə sağlığında Bakıda ən böyük heykəl qoyulmalıdır -SADİQ QARAYEV

16-06-2025

İlham Əliyevə özü razı olmasa da belə sağlığında Bakıda ən böyük heykəl qoyulmalıdır.

1. İkinci dünya müharibəsindən sonra heç bir lider bu cür qələbə qazanmamışdır:

- qısa müddətli, az itki ilə.

- təmiz və qətiyyətli, real qələbə.

- düşmənin şəhərlərini bombalamadan.

- heç kimin xahişini, məsləhətini, təhdidini qəbul etmədən.

- ləyaqətli, xalqımıza yaraşan qələbə.

2. 30 illik danışıqlarda Laçın, Kəlbəcərin adı çəkilmirdi. Onları da azad etdik.

3. Şuşa heç kimin ağlına gəlmirdi, bombalamadan, şəhəri dağıtmadan azad etdik.

4. Xankəndi heç kimin yuxusuna belə gəlmirdi, azad etdik.

5. Bütün Qarabağın nəinki hərbi, mülki parazitlərdən də təmizlənəcəyi, qaçıb gedəcəkləri də kimsənin yuxsuna girməzdi.

6. Hərbi texnikalarını sürütləyib Bakıya gəyirdik.

7. Hərbi cinayətkarlarını, " prezidentlərini", Xocalı qatillərini qol- bud edib Bakıya gətirdik.

8. Sülahməramlı kimi ortaya soxulmuş ordunu da qısa müddətdə çıxardıq.

9. Qısa müddətdə ordunu əvvəlkindən də güclü vəziyyətə gətirdik.

10. Nəhayət azad edilmiş ərazilərdə ən müasir şəhərlər, kəndlər, hava limanları tikdik.

Bütün bunlar ümumən Azərbaycan xalqının unikal zəfərləridir. Təbii ki, birinci növbədə şəhidlərimizin, qazilərimizin rəşadətdir.

Amma dövlətin başçısının, Ali Baş Komandanın da öz halal payı vardır.

İlham Əliyevin həm bu baxımdan, həm də bir əsgər, xalqın bir üzvü kimi qəhrəmanlığı əbədiləşdirilməlidir.

Bu elə ümumən azərbaycanlıların rəşadətinin, dünyaya nümunə olacaq ləyaqətli, təmiz qələbəsinin simvolu olardı.

İlham Əliyev istəməsə də belə, bu möhtəşəm heykəl qoyulmalıdır.

Yerini camaat müəyyən etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30