2022-ci ildə dalış üçün açılan Gelibolu Tarixi Sualtı Parkında aparılan işlər zamanı batmış "Karfagen" adlı gəmiyə aid 110 illik dolu şərab şüşəsi üzə çıxarılıb. Tarixi Gelibolu yarımadasının dərinliklərində yerləşən döyüş gəmiləri 2022-ci ildə Gelibolu Tarixi Sualtı Parkı olaraq dalğıc turizminə açılıb. Dərinliklərində bir çox hekayəni gizlədən Çanaqqalanın döyüş qalıqları Birinci Dünya Müharibəsi mövzulu ilk sualtı parkıdır.
Mövzu ilə bağlı sosial media hesabından açıqlama verən Gelibolu Döyüşləri Tarixi Saytının sədri İsmail Kaşdemir bildirib ki, Karfagen gəmisinin alt 4-cü anbarında 81 metr dərinlikdə bir şərab şüşəsi tapılıb. Onun Gelibolu Sualtı Parkının nə qədər əhəmiyyətli mədəni irsi ehtiva etdiyi bir daha ortaya çıxıb. Bununla bağlı araşdırmalar davam edəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”