Hindistanda baş verən təyyarə qəzasından sonra ölkədəki bütün “Boeing 787” tipli təyyarələr üçün araşdırma başladılıb. "India Today"in məlumatına görə, Mülki Aviasiya Nazirliyi “Air India” 171 saylı təyyarənin qəzaya uğramasından sonra tədbir görüb.Nazirlik ölkədəki bütün “Boeing 787” tipli təyyarələrlə bağlı araşdırmalara başlanıldığını bildirib.
Hindistanın Mülki Aviasiya naziri Ram Mohan Naidu qəzada həyatını itirənlərin şəxsiyyətini müəyyənləşdirmə işlərinin davam etdiyini açıqlayıb. Qeyd edək ki, "Air India 171" reysində 169-u Hindistan, 53-ü Britaniya, 1-i Kanada və 7-si Portuqaliya vətəndaşı olmaqla 242 sərnişin və ekipaj üzvü olub.
Şirkət təyyarədə olan 241 nəfərin həyatını itirdiyini, sağ qalanların isə müalicə altında olduğunu təsdiqləyib.
Təyyarə qəzasının səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, Mülki Aviasiya naziri Ram Mohan Naidu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.Qəzada həyatını itirənlərin sayının 270-ə yüksəldiyi açıqlanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
“Aid İndia” şirkətinin qəzaya uğrayan təyyarəsinin “qara qutu”larından biri tapılıb
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB