Çin kosmosa “Zhangheng 1-02” adlı elektromaqnit müşahidə peykini buraxıb. Çin Milli Kosmik İdarəsi ölkənin şimal-qərbindəki Jiuquan Peyk Atma Mərkəzindən Long March-2D raketi ilə kosmosa buraxılan peykin planlaşdırılmış orbitə uğurla yerləşdiyini açıqlayıb. Bildirilib ki, peyk Çinin irimiqyaslı təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq və monitorinq imkanlarını gücləndirəcək.
Peyk təxminən 1800 il əvvəl dünyanın ilk seysmoqrafını yaradan Çinli ixtiraçı Zhang Hengin adını daşıyır. Bildirilib ki, altı il dizayn ömrü olan peyk real vaxt rejimində qlobal elektromaqnit sahələrini, elektromaqnit dalğalarını, ionosferi və neytral atmosferi izləyəcək, geoloji və insan tərəfindən törədilən elektromaqnit anomaliyalarını aşkar edəcək, həmçinin tufan və ildırım fəaliyyətlərini izləyəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır