azturkxeber.az
http://azturkxeber.az

Nazir Çin Xalq Respublikasının elm və texnologiya naziri ilə görüşüb

12-06-2025

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.

Sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu" imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30