azturkxeber.az
http://azturkxeber.az

Ərdoğan: Türkiyədə istehsal edilən 48 ədəd "KAAN" İndoneziyaya ixrac olunacaq

11-06-2025

Milli döyüş təyyarəmiz KAAN ilə bağlı çox önəmli və xoş bir inkişafı xalqımla bölüşmək istəyirəm…

Dost və qardaş ölkə olan İndoneziya ilə imzaladığımız razılaşma çərçivəsində 48 ədəd KAAN təyyarəsi Türkiyədə istehsal edilərək İndoneziyaya ixrac ediləcək.

KAAN-ın istehsalında İndoneziyanın sahib olduğu yerli imkanlardan da istifadə ediləcək.

Yerli və milli müdafiə sənayemizin əldə etdiyi uğuru və çatdığı səviyyəni ortaya qoyan bu razılaşmanın həm Türkiyə, həm də İndoneziya üçün xeyirli olmasını arzulayıram.

Ortaya qoyduğu iradə ilə bu razılaşmanın imzalanmasında böyük rol oynayan dəyərli həmkarım, İndoneziya Prezidenti Prabowo Subiantoya salamlarımı və təşəkkürlərimi bildirirəm.

Recep Tayyip Erdoğan
Türkiyə Respublikası Prezidenti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30