azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Azərbaycana buğda ixracına görə daşıma xərclərini kompensasiya edib

11-06-2025

Qazaxıstan Azərbaycana buğda ixracına görə daşıma xərclərini kompensasiya edib

Buğdanın daşınma xərclərinin subsidiyalaşdırılması çərçivəsində Qazaxıstan buğdasının ixrac edildiyi əsas ölkə Azərbaycan olub.

Azturkxeber.az Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2025-ci il 10 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 740,7 min ton ixrac olunan buğdanın 329,3 min tonu Azərbaycana göndərilib.

Azərbaycana buğda daşınmasına görə ixracatçılara artıq 1,1 milyard tenge məbləğində kompensasiya ödənilib.

Subsidiyaların verilməsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minib və buğdanın daşınma marşrutundan asılı olaraq bir ton üçün 20-30 min tenge aralığında kompensasiya nəzərdə tutur.

Ümumilikdə 121,7 min ton buğdanın daşınmasına görə ixracatçılara 2,8 milyard tenge həcmində subsidiya ödənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30