Pentaqon: Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq.
Bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.
O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, - deyə o bildirib.
2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: