Mahir Emreli: Macarıstanla oyunda yaxşı nəticə üçün hamımız meydanda can qoyduq
Komandamızın bütün üzvləri meydanda mübarizə apardılar. Hamımız yaxşı nəticə üçün can qoyduq, amma alınmadı.
Bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O, nəticənin oyuna görə olmadığını bildirib: "Macarıstan yaxşı komandadır. Qələbə qazana bilmədik. Amma düşünürəm ki, bugünkü oyun gələcək görüşlərdə bir çoxumuza motivasiya ola bilər".
Qeyd edək ki, millimiz iyunun 7-də keçirilən ilk yoldaşlıq görüşündə Latviya yığması ilə Riqada 0:0 hesablı heç-heçə edib.