Əli Əsədov IV Daşkənd İnvestisiya Forumu çərçivəsində çıxışı edib
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox sərmayə qoyulub. Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov IV Daşkənd İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı bildirib.
“Oluşdurulan əlverişli investisiya mühiti xarici sərmayəçilər üçün də geniş imkanlar açır. Nəticə etibarilə, son 20 ildə iqtisadiyyatımıza 338 milyard dollardan çox investisiya qoyulub”, – deyə o vurğulayıb.