azturkxeber.az
http://azturkxeber.az

Dünyanın ən böyük ultramarafonu “Azerspace-1” vasitəsilə canlı yayımlanıb

11-06-2025

Dünyanın ən qədim və ən böyük ultramarafonu olan əfsanəvi “Comrades” marafonu uğurla “Azerspace-1” peyki vasitəsilə yayımlandı və bu möhtəşəm tədbir dünya üzrə izləyicilərə təqdim olundu.

“Azərkosmos”dan bildirilib ki, təxminən 88 kilometr (55 mil) məsafəni əhatə edən bu yarış hər il Cənubi Afrikada Durban və Pietermaritzburq şəhərləri arasında keçirilir.

“Azerspace-1” peykinin etibarlı və geniş əhatə dairəsi sayəsində dünyanın istənilən yerindən azarkeşlər bu məşhur marafonu real vaxtda izləyə bildilər.

“Azerspace-1” geniş əraziləri əhatə edən fasiləsiz yayım imkanları ilə əsas idman tədbirlərinin yayımında mühüm rol oynamaqda davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30