azturkxeber.az
http://azturkxeber.az

Dubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək

11-06-2025

Dubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək

Dubayda Mavi xəttin genişləndirilməsi layihəsi çərçivəsində dünyanın ən hündür metro stansiyası inşa ediləcək. Şəhərin sürətlə inkişaf edən “Dubai Creek Harbour” rayonunda yerləşəcək stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq.

Azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, stansiyanın layihəsi ABŞ-ın “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır. “Emaar Properties” stansiyasının layihəsi "kəsişən qapılar" konsepsiyasından ilhamlanıb və 11 min kvadratmetr sahəni əhatə edərək gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək.

Mavi xətti şəhərin nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq məqsədilə tikiləcək və hazırda fəaliyyət göstərən Qırmızı və Yaşıl xətlərə üç stansiya ilə birləşəcək. 2029-cu ildə istifadəyə verildikdən sonra bu xətt, Akademik şəhər, Al-Varku, Dubayın Silikon Oazisi, Beynəlxalq şəhər və Mirdif kimi əsas yaşayış və iş mərkəzlərinə gediş imkanı yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30