azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniya iki israilli nazirə sanksiya tətbiq edib

11-06-2025

Böyük Britaniya iki israilli nazirə sanksiya tətbiq edib

Böyük Britaniya İordan çayının qərb sahilində fələstinli icmalara qarşı təkrar zorakılığa çağırışlar etdiklərinə görə İsrail hökumətində təmsil olunan iki sağçı nazirə sanksiya tətbiq edib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin açıqlamasına əsasən, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə daxil olmasına qadağa qoyulub və Böyük Britaniyadakı bütün maliyyə aktivləri dondurulub. Devid Lemmi bildirib ki, hər iki nazir ekstremist zorakılığa və fələstinlilərin insan hüquqlarının ciddi şəkildə pozulmasına təhrik ediblər.

İsrail hökuməti cavab olaraq rəsmilərə və hökumət üzvlərinə qarşı bu cür tədbirlərin görülməsinin qəbuledilməz və təəssüf doğurucu olduğunu bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın bu addımı Norveç, Avstraliya, Kanada və Yeni Zelandiya ilə birgə həyata keçirilən beynəlxalq tədbirlər paketinin bir hissəsidir. Hər iki nazirin Qəzza zolağındakı müharibə ilə bağlı sərt mövqeləri də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub. Onlar Qəzzaya humanitar yardımın daxil olmasına qarşı çıxır və fələstinlilərin bu ərazidən köçürülməsini təklif edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30