azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı Xanlar Paşabəyov Dağıstanın Dərbənd şəhərinin meri seçilib

11-06-2025

Azərbaycanlı Xanlar Paşabəyov Dağıstanın Dərbənd şəhərinin meri seçilib

Dağıstanın keçmiş ədliyyə naziri, azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib.

Azturkxeber.az şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.

Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.

Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30