Azərbaycan millisinin baş məşqçisi: Çatışmazlığın üzərində işləyirik
Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Təlim-məşq toplanışında istədiyim nəticələri gördüm.
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandada çatışmazlığın olduğunu bildirib: "Lakin bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə milli komanda yaxşı mübarizə apardı".
Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.