azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025

Aland adalarının Mariehamn şəhərində Avropa Poçtunun təşkilatçılığı ilə Filateliya Forumu keçirilib.

Forum filateliya sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin bu sektorun davamlı inkişafını dəstəkləmək məqsədilə təşkilatları və aidiyyatı şəxsləri bir araya toplayıb.

Tədbirdə Avropa və digər regionlardan olan poçt təşkilatlarının filateliya üzrə məsul əməkdaşları və bu sahənin ekspertləri iştirak ediblər.

Bu forumda “Azərpoçt”u Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil edərək, görüş və müzakirələrdə iştirak edib.

İki gün davam edən forum çərçivəsində filateliyanın müasir çağırışlar fonunda inkişaf perspektivləri, innovativ yanaşmalar, rəqəmsallaşma, marka sənətkarlığı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30