azturkxeber.az
http://azturkxeber.az

Britaniyada qan ehtiyatları azalıb, 200 min yeni donor axtarılır

10-06-2025

Britaniyada qan ehtiyatları azalıb, 200 min yeni donor axtarılır

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) ölkədə qan ehtiyatlarının kritik həddə çatdığını açıqlayıb.

Qurum 200 min yeni donorun axtarışına ehtiyac olduğunu vurğulayıb. Qan ehtiyatlarının aşağı səviyyədə olması səbəbilə ötən il “sarı xəbərdarlıq” (“amber alert”) elan edilmişdi. Hazırda isə vəziyyətin daha da pisləşdiyi, xüsusilə O neqativ qan qrupuna tələbatın yüksək olduğu bildirilir. Bu qan qrupu əksər xəstələrə verilə bildiyi üçün xüsusi əhəmiyyət daşıyır.

İngiltərədə qan donasiyası sisteminə nəzarət edən “NHS Blood and Transplant” (NHSBT) qurumunun rəhbəri Dr. Co Farrar bildirib ki, hazırda təxminən 800 min müntəzəm donor var və bu sayın ən azı 1 milyona çatdırılması vacibdir.

Bildirilib ki, qan ehtiyatlarının daha da azalması “qırmızı xəbərdarlıq” səviyyəsinə səbəb ola bilər. Bu isə xəstələrin müalicəsinin gecikməsi və ictimai təhlükəsizliyin təhdid altına düşməsi deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30