azturkxeber.az
http://azturkxeber.az

Şahzadə Uilyam okeanların qorunması üçün təcili tədbirlərin vacibliyini vurğulayıb

10-06-2025

Şahzadə Uilyam okeanların qorunması üçün təcili tədbirlərin vacibliyini vurğulayıb

Britaniya vəliəhdi Şahzadə Uilyam dünya okeanlarını xilas etmək üçün təcili tədbirlərə ehtiyac olduğunu bildirib.

O, bəşəriyyətin sağ qalması üçün həyati əhəmiyyət daşıyan ekosistemlərin sürətlə məhv olduğunu və bunun hər kəsi təsir altına alacağını qeyd edib.

Monakoda keçirilən Mavi İqtisadiyyat və Maliyyə Forumu çərçivəsində dövlət və hökumət başçıları qarşısında çıxış edən vəliəhd sağlam okeanların Yer üzündəki həyat üçün əvəzsiz rol oynadığını vurğulayıb. O, okeanların məhv olmasının bəşəriyyət üçün indiyədək görünməmiş miqyasda təhlükə yaratdığını desə də, vəziyyəti dəyişmək üçün hələ vaxtın olduğunu bildirib.

Şahzadə Uilyam həmçinin, əlavə edib ki, zaman sürətlə keçir və planetin qorunması və bərpası üçün cəsarətli addımlar atılmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30