Günay Ağamalı Vətən Müharibəsi Şəhidi Kərimov Ağamoğlan Yusif oğlunun ailəsini ziyarət edib
Milli Məclisin deputatı Günay Ağamalı Vətən Müharibəsi Şəhidi Kərimov Ağamoğlan Yusif oğlunun ailəsini ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, Millət vəkili ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparıb, onların qayğıları ilə yaxından maraqlanıb.Günay Ağamalı Şəhidin göstərdiyi qəhrəmanlıq nümunəsini yüksək dəyərləndirərək qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla anılır.
Dövlətimiz tərəfindən onların ailə üzvlərinə göstərilən qayğı Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Deputat vurğulayıb ki, şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir və onların rifahı üçün bütün zəruri addımlar atılır.