azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın Kripto Valyuta sahəsindəki potensialı: gənclərimizin cəlb edilməsi ilə inkişafın yolu

05-06-2025

Azərbaycanda az bilinən Kripto valyuta sahəsindəki boşluğa gənclərimizi cəlb etməklə bu sahənin uğurla inkişafını təmin etmək olar. Mən artıq 4 ilidir ki bu sahədə meydanda, 6 ildir ki araşdırmalarımla kifayət qədər məlumatlı biri olaraq tam əminliklə deyə bilərəm ki, gələcəyin pul vahidi olan Kriptolar, coinlər və tokenlərin ənənəvi ödəniş üsulu olan kağız pul vahidlərini üstələməyinə çox az qalıb. Son 10 ildə nağdsız(kartla) əməliyyatların on minlərlə faiz artımı hələ bu mərhələnin ilk ayaq səsləridir.

Dünyanın bir çox ölkəsində artıq ödəniş üsuluna çevrilən online pul vahidləri Blok Zənciri(Blockchain) vasitəsilə təhlükəsiz və etibarlı ödəniş üsulu kimi özünü doğruldur.
Kriptovalyuta nədir?
Son illərdə bütün dünyada maliyyə sistemlərinə yeni bir nəfəs gətirən kriptovalyutalar, ənənəvi pullardan fərqli olaraq mərkəzləşdirilməmiş (decentralized) sistemlər üzərində işləyir. Bu valyutalar həm texnoloji yenilik, həm də iqtisadi müstəqillik baxımından böyük maraq doğurur.
Kriptovalyuta kriptoqrafik alqoritmlər vasitəsilə yaradılan, təhlükəsiz və rəqəmsal formada mövcud olan bir növ virtual valyutadır. Ən çox tanınan kriptovalyuta Bitcoin olsa da, ondan başqa Ethereum, Ripple, Litecoin, Solana, Dogecoin və yüzlərlə digər kripto aktivlər mövcuddur. İşləmə prinsipi isə Blockchain texnologiyası üzərinfən həyata keçir. Kriptovalyutalar blockchain adlanan texnologiya üzərində qurulub. Bu texnologiya: Şəffaflıq, təhlükəsizlik və mərkəzsiz idarəetmə prinsiplərinə əsaslanır.
Hər əməliyyat bu “blok zəncirinə” əlavə olunur və dəyişdirilməsi qeyri-mümkündür. Bu isə saxtakarlıq(dələduzluğu) ehtimalını sıfıra endirir.
Kriptovalyutanın üstünlükləri Mərkəzsiz idarəetmədən əlavə. Bank və ya dövlət nəzarətindən kənardır.

Risklər və çatışmazlıqlar
Qeyri-sabitlik – Qiymətlər çox dəyişkəndir (volatillik).
Tənzimləmə çatışmazlığı – Hüquqi bazalar bir çox ölkədə tam oturuşmayıb.
Fırıldaqçılıq riski – Aldadıcı layihələr və “scam” halları mövcuddur.
Texniki bilik ehtiyacı – İstifadə üçün müəyyən səviyyədə anlayış lazımdı.

Azərbaycanda da kriptovalyutaya maraq getdikcə artır. Hələlik bu sahə rəsmi olaraq tənzimlənməyib, amma bir çox insan investisiya, ticarət və NFT kimi sahələrdə maraqlıdır. Dövlət səviyyəsində də müəyyən müzakirələr aparılır.

Kriptovalyuta, sadəcə pul vahidi deyil. Eyni zamanda texnologiya, iqtisadiyyat və gələcəklə bağlı yeni düşüncə tərzidir. Bu sahə riskli olsa da, düzgün informasiya və strategiya ilə həm texnoloji inkişafı izləmək, həm də gəlirin bir hissəsini bu bazardan əldə etmək mümkündür.

Sezonların böyük önəmi:
Bull Market (Bazarın Yüksəliş Sezonu)
Bull market (və ya “boğa bazarı”) – qiymətlərin sürətlə və uzun müddət ərzində yüksəldiyi dövrdür. Bitcoin və digər altkoinlərin qiyməti yüksəlir və İnvestor marağı və mediada xəbərlər artıqca bazara rəğbət çoxalır. İnsanlar kriptovalyutalara sərmayə qoymaq üçün sıraya düzülür. ICO-lar və yeni layihələr “boom” yaşayır. Boom dedikdə partlayış qiymətlərdə özünü əks etdirir.
Bu dövrdə əsasən hər kəs almaq istəyir, “bu daha da qalxacaq” psixologiyası hakim olur. FOMO (Fear of Missing Out – fürsəti qaçırmaq qorxusu) baş qaldırır. Çox vaxt isə uduzurlar çünki bazara buğa sezonunda yox, ayı sezonunda girmək lazımdı. Ayı sezonu? Bəli, ayı sezonu, Bear Market və ya Bazarın Enmə Sezonu da deyə bilərik. Bear market (və ya “ayı bazarı”) qiymətlərin kəskin şəkildə düşdüyü və uzun müddət aşağı səviyyədə qaldığı mərhələdir. Əlamətləri isə Bitcoin və altkoinlər kəskin dəyər itirir və İnvestorlar panikaya düşüb satmağa başlayır. Çox vaxt Layihələr bağlanır, media marağı azalır və bazara olan rəğbət azalır. Bəzi koinlər tamamilə yox olur, özəlliklə “shitcoin”lər. Tipik investor davranışı adekvat və səbrli olmalıdır. Amma çoxları bazardan çıxır, “kriptovalyuta bitdi” deyə düşünülür. Bu dövr "səbir və strateji gözləmə” dövrüdür. Gözləyən və vaxtında yatırım edən qazanır.
Buğa isə özü ilə Altkoin Sezonununu gətirir. Bu çoz vaxt Bitcoin-in qiyməti ya sabit qalanda, ya da yüksəldikdən sonra altkoinlərin (BTC-dən başqa koinlərin) kəskin artdığı dövrdə müşayiət olunur. Əlamətləri isə altkoinlərin yəni. Ethereum, Solana, Cardano, XRP, Dogecoin və s. kəskin yükəlişi ilə analiz edilir. Bu dövrdə Altkoinlər BTC-yə nisbətdə daha çox gəlir gətirir. Yeni layihələrə maraq artır, NFT və DeFi sektoru canlanır. Bəzən 3.000.000% belə mənfəət əldə etmək mümkün olur. Bəs niyə baş verir?
İnvestorlar BTC-dən gəlir götürdükdən sonra daha yüksək riskli və daha çox qazanc vəd edən altkoinlərə yönəlirlər və altkoinlər "pump" yaşayırlar.

Altkoinkərin yüksəlişi adətən 1 il çəkir. Ardınca isə Crypto Winter (Kripto Qışı) gəlir.
Crypto Winter – uzunmüddətli “durgunluq” dövrüdür. Nə yüksəliş var, nə də ciddi maraq. Bazar “ölü” kimi özünü biruzə verir.
Bu dövrdə psixoloji olaraq möhkəm iradə göstərənlər qazanır. Qiymətlər uzun müddət aşağı səviyyədə qalır və iştirakçılar bazardan çıxır və layihələr iflas edir. Yalnız sadiq və strateji investorlar qalır (“diamond hands” dedikləri). Amma: Bu dövrdə əsaslı və ciddi layihələr qurulur. Məsələn, Ethereum-un böyük texnoloji inkişafları məhz bu dövrlərdə baş verir.
Kripto sezonlarını təyin etmək üçün bunları bilmək vacibdir.

Bitcoin Dominance (BTC-nin ümumi bazar payı)
Trading volume (ticarət həcmi)
Mediada xəbərlərin sayı və istiqaməti
Google Trends – kripto ilə bağlı axtarışlar
On-chain göstəricilər (aktiv ünvanlar, transfer həcmi və s.)

Yadda saxlayaq ki, Kriptovalyuta sezonları dövri xarakter daşıyır.
Qazanc üçün ən yaxşı vaxtlar çox vaxt bear market zamanı düzgün seçim edib bull market zamanı satmaqdır.
Hər sezonun öz qaydaları, riski və fürsəti var. Unutmayaq ki, Kriptovalyuta bazarı sabit deyil dövridir, emosionaldır və strategiyaya əsaslanmalıdır. Hər sezon istər yüksəliş, istər eniş, istər altkoin partlayışı, istərsə də durğun “qış” dövrü öz içində xüsusi fürsətlər və xüsusi risklər daşıyır.

Əziz gənclər və çağdaş fikirli oxucularım Unutmayaq ki, Sezonlara görə emosiya ilə deyil, planla hərəkət edir. Qorxu və FOMO (fürsəti qaçırmaq qorxusu) ilə yox, araşdırma və biliklə qərar verir və uzunmüddətli düşünür, ani zəngin olmağa çalışmır. Unutma Kripto dünyası şans oyunu deyil bu, informasiya, strategiya və səbir oyunudur. Sezonları başa düşmək oyunun yarısını qazanmaq deməkdir.

Seyid MirCəmal







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30