22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel təşkil olunub.
Müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Paneldə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“TransLogistica Caspian” sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub
Kapital bazarının imkanları 12-ci Beynəlxalq “Caspian Investment Forum”da sahibkarlara təqdim olunub