azturkxeber.az
http://azturkxeber.az

Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsində olublar

03-06-2025

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar. Təcrübədə fakültənin 130-dək dördüncü kurs tələbəsi iştirak edib.

Qoruqdan bildirilib ki, istehsalat təcrübəsi zamanı tələbələr əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlara baxıblar. Onlara Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə ətraflı məlumat verilib.

Sonra tələbələr qoruğun arxeoloji ərazilərinə səfər edib, arxeoloji qazıntılar aparılan sahələrlə tanış olublar. Tələbələrə burada aparılmış arxeoloji qazıntılar və aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30