Ukrayna pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni mərhələyə qədəm qoyub. Yerli müdafiə-sənaye kompleksi hər il təxminən 10 milyon ədəd dron istehsal etmək imkanına malikdir.
Bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı Ukrayna müdafiə nazirinin müavini Aleksandr Kozenko bildirib.
O, forum iştirakçılarını Ukraynanın müdafiə-sənaye kompleksi, o cümlədən PUA istehsalı sahəsindəki imkanları ilə tanış edib. Onun sözlərinə görə, yerli istehsal olan pilotsuz uçuş aparatları digər analoqlardan xeyli ucuzdur və döyüş şəraitində artıq sınaqdan keçirilib.
“Ukrayna PUA sahəsini yeni səviyyəyə çıxarıb və həm havada, həm quruda, həm də suda innovativ həlləri inkişaf etdirir. Müharibədə əldə olunan təcrübəni nəzərə alaraq, Ukrayna hazırda dronlardan istifadə ilə bağlı doktrinal dəyişikliklər yazır”, – deyə Kozenko qeyd edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri