azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank AİB ilə texniki yardım layihələrinin genişləndirilməsini müzakirə edib

03-06-2025

Mərkəzi Bank AİB ilə texniki yardım layihələrinin genişləndirilməsini müzakirə edib

Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Bankdan bildirilib ki, görüş zamanı ölkəmizin makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetləri üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, AİB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Görüşün nəticəsi olaraq tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üzrə razılığa gəlinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30