azturkxeber.az
http://azturkxeber.az

Məişət zorakılığından zərər çəkmiş 38 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

03-06-2025

Məişət zorakılığından zərər çəkmiş 38 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 38 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslər agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.

Onların sosial reabilitasiyası və sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30