azturkxeber.az
http://azturkxeber.az

İğdırda Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

03-06-2025

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev İğdır Universitetində olub. O, bu ali təhsil müəssisəsinin yeni rektoru, professor Ekrem Gürel ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında təhsil və akademik sahələrdə əlaqələrin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E.Gürel Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətə ali təhsil müəssisələrinin töhfəsini vurğulayıb, birgə layihələrinin, eləcə də mübadilə proqramlarının tələbə və müəllimlər üçün əhəmiyyətli stimul olduğuna əminliyini ifadə edib.

Baş konsul İğdır Universitetinin rektoruna yeni vəzifəsində uğurlar arzulayıb.

E.Gürel İğdıra təyin olunana qədər Türkiyə-Azərbaycan Cəmiyyətinə rəhbərlik edib, Bolu Abant İzzət Baysal Universitetinin Təbiət elmləri və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30