Göyçayda şagirdlərlə narkomaniyaya və kibercinayətkarlığa qarşı maarifləndirici görüş keçirilib
Göyçay rayonunun Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında şagirdlərlə növbəti maarifləndirici tədbir keçirilib.
Görüşdə RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev çıxış edərək:
—Narkomaniyanın yaratdığı real faciələrdən,
—“Ağ ölüm”ün gənclərin həyatında açdığı ağır izlərdən danışıb.
Tədbirdə həmçinin kibertəhlükələr, onlayn fırıldaqlar və kiber talama halları barədə geniş məlumat verilib, şagirdlərə özlərini necə qorumalı olduqları izah olunub.
Maarifləndirmə – təhlükənin qarşısını almağın ilk addımıdır!