azturkxeber.az
http://azturkxeber.az

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

03-06-2025

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən həyata keçirilən “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində ali təhsil müəssisələrində strateji görüşlər təşkil edilir.

Ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər təşkil olunub. Görüşlərdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti və Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüşlər zamanı ali təhsilin hazırkı vəziyyəti, universitetlərdə tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları üzrə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar nazirlik nümayəndələri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sözügedən görüşlər digər ali təhsil müəssisələrində də təşkil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30