azturkxeber.az
http://azturkxeber.az

Bu gün Latviyanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı səsvermə keçiriləcək

03-06-2025

Bu gün Latviyanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı səsvermə keçiriləcək

İyunun 3-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Latviyanın 2026-2027-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı səsvermə keçiriləcək.

Nyu-Yorkda təşkil olunan plenar iclas çərçivəsində baş tutacaq səsvermədə Latviyanı ölkənin xarici işlər naziri Baiba Braje təmsil edəcək.

Seçki nəticələrinin bu gün yerli vaxtla saat 18:15-də açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Latviya tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına üzv olmaq üçün namizədliyini irəli sürüb. Seçkilərdə Latviyanın rəqibləri Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası və Liberiyadır. Ölkə Şərqi Avropa Qrupuna ayrılmış bir yer uğrunda mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30