azturkxeber.az
http://azturkxeber.az

BANM-də “SPE PetroBowl” çempionatının Rusiya və Xəzər regional seçmə mərhələsi olub

03-06-2025

Bakı Ali Neft Məktəbində (BANM) SPE Azərbaycan Bölməsinin təşkilatçılığı ilə SPE “PetroBowl” çempionatının Rusiya və Xəzər regional seçmə mərhələsi keçirilib.

BANM-dən bildirilib ki, nüfuzlu akademik yarışma Rusiya və Xəzər regionunu təmsil edən yeddi universitet komandasını bir araya gətirib: Atırau Neft Təhsili Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Qazaxıstan -Britaniya Texniki Universiteti, Satbayev Universiteti, Tümen Sənaye Universiteti və Tümen Universiteti.

Seçmə mərhələlərin qalibləri bu il ABŞ-ın Hyuston şəhərində keçiriləcək SPE İllik Texniki Konfrans və Sərgisində (ATCE) iştirak imkanı əldə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30