azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Gürcüstan arasında idman əlaqələrinin inkişafı müzakirə olunub

03-06-2025

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin idman komitəsinin sədri Şahin İsmayılov gürcü həmkarı Viktor Sanikidze ilə görüşüb

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əməkdaşlıq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər diqqət mərkəzində olub.

Viktor Sanikidze ilk növbədə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirib. Eyni zamanda, Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Bildirib ki, komitə əsasən, idman sahəsində beynəlxalq arenada xüsusilə seçilən, ölkəyə medallar gətirən şəxslərdən təşkil olunub.

Gürcüstan parlamentinin idman komitəsi aparatının rəhbəri, beynəlxalq dərəcəli hakim Edişer Maçaidze Azərbaycan Prezidenti tərəfindən mükafatlandırıldığını xüsusi qeyd edib. Bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin imzası olan xüsusi döş nişanı ilə təltif olunub. E.Maçaidze bu nişanın onun aldığı ən yüksək mükafatlardan biri olduğunu xüsusi qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Gürcüstan parlamenti ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri, təhlükəsiz və müdafiə məsələləri daimi komitəsinin sədri Arzu Nağıyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Bildirib ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var. A.Nağıyev vurğulayıb ki, hər iki ölkənin müvafiq komitələri arasında münasibətlərin möhkəmləndirilməsi, idman sahəsində uğurlu əməkdaşlıq çox vacibdir.

Sonra Şahin İsmayılov və başqaları idman sahəsində birgə əməkdaşlıq və bu sahə ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi barədə fikirlərini bölüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30