ATƏT PA-nın konfransında
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev iyunun 4-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.
Azturkxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində millət vəkili ATƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak edəcək, ATƏT məkanında korrupsiya ilə mübarizə adlı sessiyada çıxış edəcək.
Səfər iyunun 7-də başa çatacaq.