Monqolustan hökuməti Qobi səhrasını “yaşıl” enerjinin inkişafına xüsusi önəm verərək sənaye bölgəsinə çevirmək planlarını açıqlayıb.
Bu barədə Monqolustan Nazirlər Kabinetinin saytında məlumat verilib.
Qeyd olunub ki, 2040-cı ilə qədər səhrada 33 böyük layihənin həyata keçirilməsi planlaşdırılır. Onun yaşıllaşdırılması, toz fırtınalarının tezliyinin və şiddətinin azaldılması istiqamətində tədbirlər görüləcək.
Sərhəd zonalarına xüsusi diqqət yetiriləcək. Belə ki, Çinlə sərhəddə yerləşən Ulan-Bator-Zamin-Uud avtomobil yolu modernləşdiriləcək, Qobidəki sərhəd keçid məntəqələrində idxal olunan malların sınaqdan keçirilməsi üçün laboratoriyalar tikiləcək.
Vurğulanıb ki, hazırda rayon gəlirinin böyük hissəsini faydalı qazıntıların - kokslaşan kömür, flörpat və digər xammalın çıxarılmasından əldə edir.
Qobi səhrası dünyanın üçüncü ən böyük qum səhrasıdır. Monqolustan və Çin ərazisində yerləşir və 1,3 milyon kvadrat kilometr ərazini əhatə edir. Qobidə illik temperatur amplitudası -40°C ilə +45°C arasında dəyişir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat