Çexiyada əhalinin fövqəladə hallarda xəbərdar edilməsi üçün yeni sistem tətbiq olunacaq.
Hökumətin tətbiq etməyi nəzərdən keçirdiyi müasir “Cell Broadcast” sisteminin yaradılması dövləti təxminən 4 milyon avroya başa gələcək. Mobil rabitə operatorları isə əlavə dəyər vergisi daxil olmaqla, sistemə 5,4 milyon avro investisiya yatırmalı olacaqlar. İllik istismar xərcləri isə təxminən 2 milyon avro təşkil edəcək. Bu məlumatları Çexiyanın milli informasiya agentliyi ČTK yayıb.
Hökumət mobil telefonlar vasitəsilə daha təkmil xəbərdarlıq sisteminin tətbiqi məsələsini 2023-cü il dekabrın 21-də Praqadakı Karl Universitetində baş vermiş faciədən sonra gündəmə gətirib. Həmin gün universitetin fəlsəfə fakültəsində təhsil alan tələbələrdən biri atışma törətmiş, nəticədə 14 tələbə və müəllim həlak olmuş, daha sonra silahlı şəxs intihar etmişdi. Bu hadisə ölkənin müasir tarixində ən böyük kütləvi qətl hadisəsi hesab olunur.
“Cell Broadcast” sisteminin tətbiqinə başqa bir səbəb ötən il baş verən daşqınlar zamanı mövcud xəbərdarlıq üsulunun çatışmazlıqlarının üzə çıxması olub. Belə ki, həmin vaxt göndərilən SMS-lər abonentlərə bir neçə dəqiqə gecikmə ilə çatmışdı.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib