azturkxeber.az
http://azturkxeber.az

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq

14-05-2025

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Qəbələ rayonunda vətəndaş qəbulu 16 may saat 11:00-da Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzində baş tutacaq. Görüş zamanı Qəbələ və Oğuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 050-845-97-89; 050-845-70-88) müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031