azturkxeber.az
http://azturkxeber.az

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib

10-04-2025

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan Ağdam rayonunun Azərbaycan Respublikasına aid olduğunu bilə-bilə orada Ermənistan Respublikasının hərbçisi kimi xidmət keçdiyini etiraf edib.

O, dövlət ittihamçılarının suallarını cavablandırarkən “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

Təqsirləndirilən şəxs həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930