azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub

25-02-2025

Ailəsi ilə Almaniyada yaşayan 9 yaşlı şahmatçı Sona Bəşirova Berlində ikiqat çempion olub. Gənc istedad artıq ikinci ildir Almaniya paytaxtının çempionu titulunu qazanır.

Sona Bəşirova DSAM (Həvəskarlar arasında Almaniya Açıq Çempionatı) finalına, Almaniyanın 10 yaşadək ümumi çempionatına və 10 yaşadək qızlar arasında keçirilən çempionata vəsiqə qazanıb. İstedadlı şahmatçı heç bir oyunda məğlub olmayaraq, 5 mümkün xaldan 4,5 xal toplayaraq birinci yeri qazanıb və bununla da Berlinin ikiqat çempionu olub.

Bundan bir neçə gün əvvəl o, Berlində 10 yaşadək uşaqlar arasında keçirilən açıq çempionatında 3-cü yerə layiq görülüb. S.Bəşirova burada yeganə qız iştirakçı olub. Ondan əvvəl isə Sona Potsdam şəhərində DSAM çərçivəsində böyüklər arasında keçirilmiş turnirdə öz qrupunda qalib olub.

Sona hər gün 3-5 saat turnirə hazırlaşıb. O bildirib ki, “ötənilki titulunu qoruyaraq yenidən Berlin çempionu olmasından böyük sevinc hissi duyur”.

Sona aprel ayında “Grenke Open” turnirində iştirak etmək üçün Karlsrue şəhərinə gedəcək. Burada onun Maqnus Karlsen və Şəhriyar Məmmədyarov kimi dünya şahmat ulduzları ilə ilk dəfə real həyatda görüşmək imkanı olacaq. Gənc şahmatçı B qrupunda yarışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728