azturkxeber.az
http://azturkxeber.az

Xarici agent elan olunan Rövşən Əsgərovun borcu açıqlandı

23-02-2025

 


“Nə? Harada? Nə vaxt?" televiziya proqramının keçmiş iştirakçısı Rövşən Əsgərovun Rusiyada 130 min rubldan çox borcu var.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, Əsgərova qarşı üç icra prosesi başlanıb. Onlardan sonuncusu fevralın əvvəlində açılıb. Müəyyən olunub ki, 2023-cü ilin sentyabrında Savelovski Rayon Məhkəməsi xarici agent elan olunan Rövşən Əsgərovu nömrəsinin olmamasına görə 40 min rubl cərimələyib. Həmin ilin avqustunda o, həmçinin səlahiyyətli orqana xarici agent hesabatlarını təqdim etmədiyinə görə 40 min cərimə olunub. Ötən ilin yanvarında isə Əsgərova üçüncü - 50 min rubl məbləğində cərimə kəsilib.

Qeyd edək ki, yanvarda "Rosfinmonitorinq" Əsgərovu ekstremistlər və terrorçular siyahısına əlavə edib. Əsgərov 2022-ci ilin dekabrında xarici agent kimi tanınıb. Bundan əlavə, o, nasizmin reabilitasiyası işində qiyabi həbs edilib. Xəbər verildiyi kimi, işin açılmasına səbəb Əsgərovun Rusiyada qadağan olunmuş sosial şəbəkələrdən birində hərbi lider Georgi Jukov haqqında yazdığı paylaşım olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728