Qazaxıstanda mədəndə çökmə nəticəsində həlak olan yeddi mədənçinin cəsədi tapılıb
Qazaxıstanın Ulıtau vilayətində çökmə baş verən mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı həlak olanların cəsədləri aşkar edilib.
Cəsədlər yerin altından çıxarılaraq məhkəmə-tibbi ekspertizanın aparılması üçün polis əməkdaşlarına təhvil verilib.
Fevralın 17-də Jomart mədənində süxur çökməsi baş verib, nəticədə yeddi mədənçi dağıntılar altında qalıb.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiyası yaradılıb, onun rəhbəri baş nazirin müavini Kanat Bozumbayev təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: