Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portal və “Proaktiv xidmət mexanizmi” layihələri ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun müsabiqəsinin qalibləri siyahısında yer alıb.
Nazirlikdən bildirilib ki, ən uğurlu rəqəmsal təcrübələri tanıtmaq və təbliğ etmək məqsədi daşıyan müsabiqəyə ABŞ, İspaniya, Türkiyə, Misir, Böyük Britaniya, Finlandiya, BƏƏ, Küveyt də daxil olmaqla, bir çox ölkələrdən 900-dən çox layihə təqdim edilib. Onlardan 32-i qaliblər siyahısında yer alıb.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) isə ABŞ-də keçirilən “XII illik beynəlxalq 2024 Globee Liderlik Müsabiqəsi”ndə növbəti uğurunu qazanıb. DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Liderliyi” kateqoriyası üzrə qızıl mükafatına layiq görülüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi daha 3 beynəlxalq mükafata layiq görülüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib