Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Gədəbəy, Daşkəsən, Göygöl, Samux, Ağstafa, Qazax və Tovuz rayonlarında “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Tədbirlərdə FHN-in Gəncə Regional Mərkəzinin, sözügedən rayonların icra hakimiyyətlərinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
FHN-in Şimal Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirilib